Avtomobil qezasi zamani ilk tibbi yardim

11 mart 2018
Avtomobil qezasi zamani ilk tibbi yardim


Heç kimin sığortalanmadığı qəza zamanı xəsarət almış insanlara necə yardım edilməlidir?

İlk növbədə kömək edən insanlar öz təhlükəsizliyini düşünməlidir. Yalnız bundan sonra ilkin tibbi yardım göstərmək olar. Avtomobil qəzası zamanı xəsarət alan şəxsin həyatı üçün təhlükə yoxdursa, həmin şəxsə toxunmaq məsləhət deyil. Əks halda xəsarət alan şəxsin vəziyyətini daha da pisləşdirə bilərsiniz.

Qəza zamanı xəsarət alan şəxsin ürəyi az da olsa döyünürsə, ona ürək masajı etmək olmaz. Masaj yalnız ürəyin fəaliyyəti dayandıqda olunur.

Qəza zamanı xəsarət alan şəxsdə qanaxma baş veribsə, ilk növbədə qanaxmanın növü təyin edilməlidir. Kapilyar qanaxma öz-özünə keçib gedir. Ancaq daxili qanaxma zamanı zərərçəkənin rəngi ağarmağa başlayır. Belə olan halda, vətəndaşı hərəkətsiz halda saxlayın. Zərərçəkən uzanmış vəziyyətdə olmalıdır.

Qeyd: “103” – ilk zəng ediləcək telefon nömrəsi olmalıdır. Azərbaycanın hər yerindən istər mobil, istərsə də ev telefonlarından pulsuz olaraq zəng edə bilərsiniz.

“112” nömrəli telefona maşında sıxılıb qalmış şəxs olduqda zəng edilməlidir.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group