İlk dəfə Porsche etdi

06 mart 2018
İlk dəfə Porsche etdi


Porsche, texnologiya şirkəti XAIN ilə birlikdə Bitcoin və Ethereum kimi kriptovalyuta vahidlərinin əsasını təşkil edən "Bockchain" texnologiyasını bilavasitə avtomobillər üzərində test etməyə başlayıb.

Bu təşəbbüs sayəsində Porsche "Blockchain" texnologiyasını bir avtomobildə tətbiq edən ilk avtomobil istehsalçısı olub.

Test edilən üsullar arasında avtomobili bir tətbiqin köməyi ilə kilidləyib açmaq, müvəqqəti giriş icazəsi vermək və şifrələnmiş məlumat arxivləmə yer alır. Bu texnologiyanın daha da təkmilləşdirilməsi, sürücüsüz sürüş sistemlərinin inkişafını sürətləndirməsi potensialı var.

Bu texnologiyanın böyük bir potensiala malik olduğunu qeyd edən Porschenin Maliyyə strateqi Oliver Döring, məsələ ilə bağlı bunları qeyd edib:

"Blockchain, daha sürətli və etibarlı məlumat transferinə imkan verir. Bu sayədə avtomobillərə enerji doldurarkən, park edərkən və ya başqasına avtomobili müvəqqəti istifadə üçün icazə verərkən müştərilərimizin içi rahat olacaq. Bu innovativ texnologiyanı, müştərilərimiz üçün birbaşa fayda verəcək bir formaya salırıq".
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group