"2018-in ən yaxşı yeni avtomobili" mükafatını aldı

26 fevral 2018
"2018-in ən yaxşı yeni avtomobili" mükafatını aldı


Alfa Romeo tarixinin ilk SUV modeli Stelvio, İtaliyanın nüfuzlu avtomobil jurnalı "Quattroruote" tərəfindən təşkil olunan yarışda, 2018-ci ilin "Ən Yaxşı Yeni Avtomobili" adına layiq görülüb. Müsabiqə 2000-ci ildən bu yana təşkil olunur.


Alfa Romeo Stelvio müsabiqədə 12 fərqli modeli geridə qoyub. Stelvio, oxucu səslərinin 34,2%-ni alaraq, "2018 İlin Ən Yaxşı Yeni Avtomobili" adına layiq görülüb.

Fiat Chrysler Automobiles-in EMEA CEO-su Alfredo Altavilla tərəfindən təhvil alınan "2018-in Ən Yaxşı Yeni Avtomobili Mükafatı" eyni zamanda Stelvionun dünya miqyasında geniş bir kütləyə xitab etdiyinin bir göstəricisi olub.


Euro NCAP-ın beş ulduz reytinqinə malik Stelvio, gücül təhlükəsizliyə malik olduğunu da ortaya qoyur. Stelvio "ən sürətli SUV" titulunun da sahibidir.

Qeyd edək ki, ötən ilin Noyabr ayından “Autolux Azərbaycan” şirkəti Azərbaycanda da “Stelvio”nun satışına başlayıb.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group