Volkswagen “Sizi ustanızdan ayıran” kampaniyasına start verdi

19 oktyabr 2016
 Volkswagen “Sizi ustanızdan ayıran” kampaniyasına start verdi

Volkswagen “Sizi ustanızdan ayıran” kampaniyasına start verdi

Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi idxalçısı olan «Euro Style LTD» MMC avtomobil bazarında inqilabi addım atdı.
Volkswagen Passat avtomobilinin gündəlik ekspluatasiyada “problemli”, “rasxoddu” olması və servisin “bahalı” olması stereotiplərini sındırmaq üçün Alman brendinin ölkəmizdə rəsmi təmsilçisi artıq yeni satılacaq Volkswagen Passat avtomobillərinin servis xərcini öz üzərinə götürür.

Beləkliklə Siz Yeni Passat alarkən 5 il və ya 150 000 km zəmanət əldə edirsiniz və əlavə olaraq həmin müddətdə PULSUZ servis xidmətindən yararlana bilərsiniz.

PULSUZ Servis xidmətinə aşağıdakılar aiddir:

-Yağdəyişmə (yağ, yağ filtri və xidmət haqqı)

-Hava filtri + dəyişilməsi

-Yanacaq filtri + dəyişilməsi

-Texniki baxış və elektron diaqnostika

-Mühərrik şamları

-Mühərrikin dişli qayışı + dəyişilməsi

-Generator qayışı + dəyişilməsi

-Əyləc yastıqları və əyləc mayesi + dəyişilməsi

-Dayaq diskləri + dəyişilməsi

-Təkər balansı və yerdəyişməsi

Şirkətdən aldğımız məlumata görə kampaniya vaxtı Yeni Passat əldə edən müştərilərə nə ehtiyat hissələrinə, nə də ustalara ödəniş etmək ehtiyac qalmayacaq. «Euro Style LTD» rəsmiləri bu kampaniyanı belə şərh etdilər: “Ölkəmizdə bu modelə və ümumən təmsil etdiyimiz brendə qarşı bir çox stereotip formalaşıb – “bahalı servis”, “rasxoddu maşın” və s. Bütün məsələləri nəzərə alaraq yeni satacağımız Volkswagen Passat avtomobillərinin bütün servis xərclərini öz üzərimizə götürməyə qərara gəldik. Yağ, əyləc qəlibləri, filtrlər və s. – hamısı 5 il və ya 150 000 km pulsuz olacaq. Bundan əlavə, bildiyiniz kimi, yeni Passat artıq 5 illik zəmanətlə satılır, bu da sözsüz ki, təklifimizi daha da cəlbedici edir. Alıcılarımıza təkcə yanacaq doldurub avtomobili idarə etmək həzzi qalır. Belə bir kampaniyaya start verməklə biz alıcılarımıza Volkswagen-in nə dərəcədə sərfəli və etibarlı avtomobil olduğunu göstərmək istəyirik.”

Tam LED yığımlı ön dinamik fənərli yeni Volkswagen Passata gəldikdə isə, radiator barmaqlıqları və üslubu daha da dəqiq tərənnüm edəb zərif cizgilər ilə premiuma meyilliyini tamamlayan avtomobildir. Patentləşdirilmiş texnologiya əsasında hazırlanmış “topComfort” və “ergoComfort” tipli oturacağı olan bu avtomobildə 3-zonalı iqlim kontrolu funksiyalı kondisioner, oturacaqların isidilməsi və soyudulması, hava şəraitindən asılı olmayaraq salonda optimal mikroiqlim yaratmağa imkan verir. Eyni zamanda 6.5 düym ekran, həcmli səs effekti yaradan 8 ədəd səsgücləndirici, CD, MP3, SD, USD, AUX-in, Bluetooth və hətta səs ilə idarə etmə sistemi artıq baza təchizatında təklif olunur. Bu dəfə daha çevik və manevrli olan Yeni Passat B8 1.8 L həcmli və 180 at güclü mühərriklə təchiz olunub. Belə ki, 100 km/s sürət göstəricisinə cəmi 7.7 saniyəyə çatır. Orta sərfiyyat isə 5.8 L-ə bərabərdir. 6 ədəd təhlükəsizlik yastıqları, ABS, ASR, EDL və ESC sistemləri sürücünün xidmətindədir. “Active İnfo Display” məlumat paneli, təkmilləşdirilmiş 286.6° bərabər dairəvi görünüş sahəli Passat artıq öz sahiblərini gözləyir.

Daha ətraflı məlumat üçün: *7788

(+994 12) 555 77 88

https://www.facebook.com/VolkswagenAZ

https://www.instagram.com/volkswagen_azerbaijan/
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group