Yeni Nissan Maxima

06 iyul 2016
Yeni Nissan Maxima


Yeni Nissan Maxima 2016 modelinin reklam çarxı vasitəsi ilə ilkin nümayişindən sonra yapon şirkəti yeni avtomobilin ilk rəsmi şəkillərini dərc edib. Nissan rəsmi olaraq təsdiq edib ki, "4 qapılı idman avtomobili” Maxima sedanın dünya premyerası Nyu-York avtosalonunda olacaq.

Yeni seriya modeli 2013-cü il Detroyt avtosalonunda nümayiş etdirilmiş Nissan Sports Sedan Concept konsepsiyası motivləri əsasında hazırlanıb. Lakin seriya modeli yerə nisbətən daha çox oturub və həmçinin daha az futurist dizayna sahibdir. Avtomobil maili dam və V-şəkilli radiator barmaqlığı əldə edib.


Yeni Nissan Maxima



Nissan Maxima seriya sedanın xaricdən aqressiv və güclü idman görünüşü "əzələli” təkər tağları və qabarıq kapot hesabına daha da artıb. Razılaşın ki, avtomobil doğrudan da yeni görkəm əldə edib və onun dizaynı əvvəlki illərdə buraxılmış modellərin dizaynından xeyli üstündür.

Nissan Maxima 2016 sedanın texniki xüsusiyyətləri və təchizatı haqqında hələlik rəsmi açıqlama yoxdur.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group