ESP nədir? Onun iş prinsipi necədir?

10 fevral 2018
ESP nədir? Onun iş prinsipi necədir?


ESP sistemi avtomobillərdə sürüşmənin qarşısını almaq üçün Bosch tərəfindən yaradılmış bir təhlükəsizlik sistemidir. Avropada 80% avtomobil istehsalçıları ESP® sistemini “Electronic Stability Program” (Elektronik Stabilləşdirmə Proqramı) sözünün qısaltması kimi istifadə edir. Bəzi istehsalçılar isə eyni sistemi DSC (Dynamic Stability Control), VSA (Vehicle Stability Assist) və ya VSC (Vehicle Stability Control) kimi müxtəlif adlarda istifadə edir. Bütün bu təhlükəsizlik sistemlərinin funksionallığı isə eynidir. ESP® sistemi olan nəqliyyat vasitəsində daima ABS və ASR təhlükəsizlik sistemləri də mövcud olur. Bu sistemi ilk dəfə sürücülərə Mercedes firması 1995-ci ildə özünün CL modellərində təklif etmişdir.

Bəs görəsən niyə ESP sistemi bu qədər zəruridir :

• Müxtəlif araşdırmalar nəticəsində məlum olmuşdur ki, ciddi xəsarət və ya ölümlə nəticələnən qəzaların 40%-nin səbəbi nəqliyyat vasitələrinin sürüşməsidir.
• DaimlerChrysler-ın apardığı araşdırmaya görə ESP sistemi olan müxtəlif markalı avtomobillərin qəzaları ESP sistemi olmayan avtomobillərə görə 5 ildə təqribi 35% azalıb.
• IIHS(Insurance Institute for Highway Safety)-ın 2004-cü ildə apardığı araşdırmaya görə ESP sistemi istifadə olunması ilə tək nəqliyyat vasitəli qəzalar 41%, tək nəqliyyat vasitəli və ölümlə nəticələnən qəzaların sayı isə 56% azalmışdır.

ESP®-nı meydana gətirən parçalar aşağıdakı ardıcıllıqla düzülə bilər :

ESP nədir? Onun iş prinsipi necədir?


1) ABS hidravlik və əyləc təzyiqi qəbuledicisi : Ani əyləc vəziyyətlərində vasitənin təkərlərinə tətbiq olunan əyləc təzyiqini qəbul edən və təkərdə kilidlənməni önləyən parça.

2) Təkər sürət qəbul ediciləri : Vasitənin təkərlərində olan və sürətini ayrı-ayrı ölçə bilən qəbuledicilər.

3) Sükan bucağı qəbuledicisi : Sürücünün getmək istədiyi istiqamətin qəbul edilməsini təmin edən parça.

4) Kənara çıxma və yan sürət qəbul edici : Vasitənin istiqamətindən nə qədər çıxdığını və yan sürətlərinin nə olduğunu ESP-yə bildirən qəbuledicilər .

5) Elektron kontrol : Bütün qəbul edicilərdən gələn məlumat və sənədləri qısa müddətdə qiymətləndirib, kritik vəziyyətlərdə ESP-i işə salan modullar.

Bəs bu system necə işləyir?

Sürücünün vasitədən istədikləri və vasitənin davranış şəkli davamlı olaraq ESP tərəfindən nəzarət edilir. Bunlar arasında bir ziddiyət varsa ESP dövrəyə girər. Burdan bunu anlayırıq ESP arxa planda davamlı fəal vəziyyətdədir. Lakin əhəmiyyətli və kritik vəziyyətlərdə dövrəyə girər.

ESP nədir? Onun iş prinsipi necədir?


Sürətli bir şəkildə gedərkən önünüzə maneə çıxarsa ya da olduqca sərt bir döngəyə girsəniz , avtomobilin burnu düz bir istiqamətdə sürüşməyə başlar. Sükanı çevirdiyiniz istiqamətə avtomobil getməyəcək.
Bu vəziyyətdə təkər sürət qəbulediciləri ön təkərin idarədən çıxdığını anlar, ESP qəbul edicilər isə sürücünün getmək istədiyi istiqamət ilə avtomobilin getməkdə olduğu istiqamət arasındakı fərqi qəbul edər. Sürücü sağa getmək istəyirsə sağ arxa təkərə ESP əyləc tətbiq edər. Bu sayədə avtomobilin burnu getmək istənən istiqamətə doğru düzələr.
Bunun xaricində yolun sürüşkən, buzlu olması kimi vəziyyətlərdə vasitənin tarazlığında bir nizamsızlıq olması halında yenə ESP dövrəyə girəcək.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group