Mexanika yoxsa Avtomat sürətlər qutusu?

11 sentyabr 2017
Mexanika yoxsa Avtomat sürətlər qutusu?


Avtomobil həvəskarları arasındakı ən əhəmiyyətli müzakirə mövzularından biri, hansı sürətlər qutusu növünün daha rahat,səmərəli, praktik, ardıcıl, qısacası daha yaxşı olmasıdır. "Avtomatik sürətlər qutusumu, yoxsa mexanikimi?", "Avtomatik sürətlər qutusunun mexaniki sürət qutusuna görə mənfi cəhətləri var mı?" Və ya "Hansi daha çox yanacaq sərf edir?" Kimi suallarla bir çox fərqli platformada müzakirə edilən bu mövzu haqqında ən doğru məlumatları vermək üçün biz hər iki növü müqayisə etdik.

Mexaniki və Avtomatik sürətlər qutusu arasındakı fərq nədir Arasındaki Fark nədir?

Bu iki növ nəqliyyat vasitəsi arasındakı fərq yalnız sürətlər qutusunun iş prinsipidir. Mexaniki sistemdə sürücünün əl ilə nizamladığı halda,avtomatik sistemdə isə sürətlər qutusu sürət və mühərrik dövrü arasında bir əlaqə quraraq dəyişmə vaxtına özü qərar verir. Bu kiçik fərq, yanacaq istehlakı, manevr qabiliyyəti, etibarlı sürüş, rahatlıq kimi mövzularda dəyişikliklərə səbəb olur.

Avtomatik-mexaniki sürətlər qutusunun qarşılaşdırılmasını edərkən hər iki çarx növünün üstünlükləri və mənfi cəhətləri nəzərə alınmalıdır. Daha sonra hansı çarx növü avtomobil istifadə etmək, tələblərinizə cavab verirsə onu seçə bilərsiniz.

Mexaniki sürətlər qutusu istifadə etməyin üstünlükləri hansılardır?
Mexanika yoxsa Avtomat sürətlər qutusu?


Başqa sözlə, mexaniki sistemin üstünlükləri barədə danışarkən, avtomatik sürətlər qutusunun mənfi cəhətlərindən danışırıq. Bunlar aşağıdakılardır:

Mexaniki sistemdə dövr dəyişməsi daha tez baş verir və bu avtomobilin hərəkətinə birbaşa müsbət təsir edir.Müasir dövrdə avtomatik sistemin göstəriciləri n ayaxınlaşmış olsada hələ də bu sahədə mexaniki sistemin üstün olduğu danılmazdır.
Sürət dəyişiklikləri zamanı daha çox güc tələb edən avtomatik sürətlər qutusuna malik avtomobillər ilə müqayisədə mexaniki sistemin yanacaq sərfiyyatı daha azdır.
Mexaniki sürətlər qutusuna malik avtomobillərin ehtiyyat hissələri avtomatik sistemli sürətlər qutularına nisbətən daha ucuzdur.
Mexaniki sürətlər qutusuna malik nəqliyyat vasitələrində hakimiyyət tam olaraq sürücüdədir. Bu, bir çox sürücüyə görə əsl sürüş həzzini yaşamaq deməkdir.

Avtomatik sürətlər qutusunun üstünlükləri hansılardır?

Mexanika yoxsa Avtomat sürətlər qutusu?


Avtomatik sürətlər qutusununa malik nəqliyyat vasitələrinin ən böyük üstünlüyü hərəkət zamanı təmin etdiyi konfortdur.
Yeni avtomobil sürməyə başlayanlar üçün daha sürətli öyrənə biləcəkləri biləcək bir quruluşa sahibdir.Əgər Bakı kimi bir şəhərdə yaşayırsınızsa və şəhərin tıxaclı yollarında istifadə etmək üçün avtomobil almağı düşünürsünüzsə, avtomat sürətlər qutusu ilə təhci edilmiş avtomobillər sizin üçün ideal seçim olacaqdır.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group