Ferrari 488 bazasında Mansory Siracusa Spider

03 aprel 2017
Ferrari 488 bazasında Mansory Siracusa Spider


Cenevrə 2017 avtosalonunda Mansory tüninq atelyesi məxsusi Ferrari 488 Spider versiyasını təqdim etdi. O, Siracusa Spider adı alıb.

Alman tünerlər italyan superkarı üçün qabaq splitterdən, yan ətəklərdən, palçıq qoruyucularından və arxa diffuzordan ibarət rəngsiz karbondan asma hazırlayıblar. Modelin eksteryerinin işlənilməsində şirkət, həmçinin İtaliya bayrağının rənglərindən istifadə edib, təkərlər isə 20-düymlük qızılı rənglidir.

Mansory mütəxəssisləri təkcə interyerin və eksteryerin təkmilləşdirilməsi ilə kifayətlənməyiblər. Atelyedə, həmçinin spayderin asılqanını 20 mm aşağı salıblar, 3,9-litrlik tvin-turbo səkkizliyin məhsuldarlığını isə 780 a.g.-dək artırıblar. Bu, standart versiyadan 110 a.g. çoxdur.

Nəticədə Mansory Siracusa Spider yerindən ilk yüzlüyə 2,9 saniyəyə (-0,1) sürətlənir, maksimal sürət isə 341 km/saatdır. Qiymət barədə məlumat verilmir.

Ferrari 488 bazasında Mansory Siracusa Spider

Ferrari 488 bazasında Mansory Siracusa Spider

Ferrari 488 bazasında Mansory Siracusa Spider
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group