Ferrari şirkəti yeni bayraqdar modelini təqdim edib

16 fevral 2017
Ferrari şirkəti yeni bayraqdar modelini təqdim edib


Ferrari şirkəti yeni bayraqdar superkarını təqdim etmişdir. Şahə qalxan köhlən embelmli Gran Turismo kupesi Ferrari 812 Superfast adlandırılmışdır. Ferrari F12berlinetta modelini əvəz edəcək “superyeyin” Ferrari superkarının rəsmi təqdimat mərasimi 87-ci Cenevrə avtosalununda keçiriləcəkdir.
Yeni superkar 800 at qüvvəsinə malik olan 6,5-litrlik atmosfer tipli on iki silindrli mühərriklə hərəkətə gəlir. Beləliklə, Ferrari 812 Superfast kupesi Ferrari F12berlinetta modelinin “bərkgedən” variantı olan F12tdf superkarından 20 at qüvvəsi daha güclüdür. 718 Nm fırlanma anına malik olan güc aqreqatı, iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Arxaçəkişli kupe tam idarəolunan şassi, aktiv aerodinamik elementlər və tamamilə işıqdiodlarından hazırlanmış fənərlər ilə təhciz edilmişdir. Bundan başqa, Ferrari 812 Superfast modeli sükanın elektrik gücləndiricisi ilə təchiz edilmiş ilk Ferrari avtomobilidir.

Ferrari şirkəti yeni bayraqdar modelini təqdim edib
Ferrari şirkəti yeni bayraqdar modelini təqdim edib
Ferrari şirkəti yeni bayraqdar modelini təqdim edib
Ferrari şirkəti yeni bayraqdar modelini təqdim edib
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group