Yeni “Toyota Camry”nin Bakıda satış tarixi məlum oldu – QİYMƏT

19 yanvar 2017
Yeni “Toyota Camry”nin Bakıda satış tarixi məlum oldu – QİYMƏT


Toyota şirkəti Detroytdakı beynəlxalq avtosalonda yeni nəsil sedan “Camry”nin amerikan versiyasını təqdim edib. Yeni “Camry” avtomobili orijinal görünüşə malikdir, aqressivdir, xarici bəzəklər arasında hətta idman notlarını da görmək olar. Əvvəllər bu, Toyota sedanlarında müşahidə olunmurdu.
Yeni “Camry”nin interyerində sürücü praktiki olaraq displeylər və sensorlu panellərlə əhatə olunub. Sürücünün gözləri qarşısında 10-düymlük proyeksiyalı ekran, cihazlar panelində bortkompüterin 7-düymlük displeyi, mərkəzi konsolda multimedia sisteminin 8-düymlük ekranı dayanıb.
2017-ci il model sedanın amerikan versiyası 3 ayrı mühərriklə buraxılıb: baza olaraq 2,5-litrlik, bir pillə yuxarıda 3,5-litrlik V-şəkilli altılıq və yeni nəsil hibrid mühərrik. Mühərriklərin gücü barədə rəsmi məlumat açıqlanmayıb. Benzin mühərriklər 8 pilləli avtomat sürət qutusu ilə, hibrid isə variatorla çalışır.
“Toyota Bakı Mərkəzi”ndən fins.az-a verilən məlumata görə, 2017-ci ilin yeni modeli - “Toyota Camry” may ayından sonra Azərbaycanda da satışa çıxarılacaq.
Amma Bakıda təqdim ediləcək yeni “Camry” amerikan versiyasından interyer və eksteryeri ilə nisbətən fərqlənir. “Camry”nin sələfləri əsasən klassik və elegant üslubda buraxılırdısa, yeni modeldə klassik üslubla yanaşı idman görünüşü daha qabarıqdır. Avtomobilin eksteryeri sürəti tərənnüm edir.
Şirkətdən bildiriblər ki, Bakıda avtomobilin 2.5 l mühərrikli versiyası satışa çıxarılacaq. Yeni modelin qiyməti sələfindən 5-7% yüksək olacaq. Bu isə o deməkdir ki, avtomobil satış qiyməti 55 min manatdan başlayacaq.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group