Yol polisi ilə bağlı – TARİXİ YENİLİK – «FORMA 4» - İNTERNETLƏ GÖNDƏRİLİR

06 oktyabr 2019
Yol polisi ilə bağlı – TARİXİ YENİLİK – «FORMA 4» - İNTERNETLƏ GÖNDƏRİLİR


Azərbaycanda avtomobillərlə bağlı sığorta hadisələrinin tənzimlənməsi sahəsində tarixi yenilik baş verib.

FED.az xəbər verir ki, bir neçə gün əvvəl ölkədə sığorta hadisələrinin daha sürətli tənzimlənməsi və sığorta ödənişlərinin gecikdirilməməsi üçün yaxın vaxtlarda Azərbaycanda Hadisələrin İdarəedilməsi Sistemi (HİS) işə düşüb.

Yeni sistem Daxili İşlər Nazirliyi, İcbari Sığorta Bürosu və digər dövlət qurumlarının sistemlərnin inteqrasiyası əsasında fəaliyyət göstərir.

Yeni sistemin işə düşməsini ilk növbədə avtomobil sahibləri sığorta ödənişlərinin alınmasında hiss edəcəklər. Belə ki, bu yenilik indiyədək avtomobil sahibləri arasında «Forma-4» adı ilə tanınan sənədinin internetlə verilməsinə səbəb olub. Yol polisi tərəfindən verilən bu sənəddə avtoqəzanın baş verməsi halı əks olunur, daha dəqiqi, hadisənin necə baş verdiyini, günahkarın kim olması göstərilir.

İndiyədək bu sənəd yol polisi tərəfindən verilərkən çoxsaylı neqativ hallara yol verildiyindən sürücülər tərəfindən böyük narazılıqlara səbəb olurdu. Belə ki, qanunda 10 günə verilməsi nəzərdə tutulsa da, əslində praktikada bu bir neçə həftə, bəzər isə 1 ay davam edir. Yeni sstemin tətbiqindən sonra iə bu hallar aradan qalxmalıdır. Artıq işə düşmüş elektron sistemin vasitəsilə bu sənəd elektron şəkildə 10 gün ərzində, qanunda nəzərdə tutulduğu kimi veriləcək. Yəni artıq sürücülərin bu sənədi almaq üçün Yol polisinə getməsinə ehtiyac qalmayacaq.

Yol polisi ilə əldə edilən razılığa görə, sığorta hadisəsi baş verdikdə Yol Polisi hadisə barədə məlumatı (yəni Forma 4-ü) 10 gün ərzində sistemə yükləyir.

Qeyd edək ki, qaydalara görə, Forma-4 sənədini vətəndaş, yəni avtomobilin sahibi deyil, şirkət özü almalıdır.

Sadəcə, bu sənədin verilməsi ləngidiyinə və bu ləngimə də daha çox avtomobil sahibinə zərər vurduğuna görə, onlar sənədi tez almaq üçün yol polisinə müraciət edir v bu da neqativ hallara, sənədin tez verilməsi üçün rüşvət və korrupsiyaya səbəb olurdu. Yeni sistemin işə düşməsi bu məsələni həll etməlidir.

Əsas yeniliklərdən biri də bundan sonra qəzaların sayının dəqiq bilinməsi olacaq. Əvvəllər sistemə bütün məlumatlar köçürülmürdü və yaxud da bir neçə ayın məlumatları birdən göstərilirdi. İndi isə bütün hadisələr qeydə alınacaq.

«Həmçinin yol polisinin qeydiyyatına düşməyən hadisəyə görə ödəniş olmayacaqdır. Əgər «Forma 4» gəlməyəcəksə, deməli artıq hadisə olmamaış kimi sayılır» - deyə FED.az-a İSB-dən bildirilib. Qeyd edək ki, «Forma-4» sənədi zərərin məbləği 1000 manatdan artıq olan hadisələr aiddir.

Daha kiçik zərərli qəzalarda bu sənəd və polisin arayışı tələb olunmur.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group