120-lik yolda 70-80-lə gedənlər cərimə olunacaq - Təhlükəlidir

17 avqust 2019
120-lik yolda 70-80-lə gedənlər cərimə olunacaq - Təhlükəlidir


Sürücülərin tez-tez narazlıq etdiyi məqamlardan biri də yüksək sürətli yollarda bəzilərinin çox aşağı sürətlə avtomobil idarə etməsidir. Məsələn, Aeroport yolu kimi tanıdığımız magistralda 6 zolaq var. Orada 80, 100 və 120-lik zolaqlar mövcuddur. Amma bir çox hallarda məhz 120-lik zolaqda 70-80, hətta bəzən 60 km/saat sürətlə avtomobil idarə edənlər tapılır. Bu isə konkret təhlükədir. Çünki istənilən an qəza baş verə bilər.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu cür avtomobil idarə etmək yolverilməzdir. “Zolaqlar üzrə hərəkət ona görə müyyən edilib ki, kim hansı sürətlə avtomobil idarə etmək istəyrsə həmin zolaqda getsin. Amma 80-lik zolaq olduğu halda 120-lik yolda 70-lə hərəkət etmək həm özünə, həm də digərlərinə təhlükə törədir”.

Ekspert bildirib ki, qanunvericilikdə bununla bağlı müvafiq cərimə və qaydalar müəyyən edilməlidir. Yəni, minimim sürət həddini bildirən nişanlar tətbiq edilməli, buna əməl etməyənlər isə məsuliyyata cəlb olunmalıdırlar. “Bəziləri elə hesab edir ki, ancaq yüksək sürət zamanı sürücü cərimə oluna bilər. Amma 120-lik zolaqda 60-la gedən sürücü də məsuliyyətə cəlb olunmalıdır. Bəzən yol polisi sürücüləri saxlayıb müvafiq cərimə tətbiq edəndə narazılıq edirlər. Amma düşünmək lazımdır ki, yüksək sürətli yolda aşağı sürətlə getmək sürət həddini aşmaqdan da təhlükəlidir”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Aeroport yolunda müəyyən edilmiş sürət həddindən aşağı sürətlə gedən sürücülərin məsuliyyətə cəlb edilməsi ilə bağlı təklif hazırlayıb.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group