Mühərrikin dizellə təmizlənməsi sürücüləri əlavə xərcə sala bilər - VİDEO

03 dekabr 2018
Mühərrikin dizellə təmizlənməsi sürücüləri əlavə xərcə sala bilər - VİDEO


Avtomobil mühərrikini yağdəyişmədən sonra dizel və digər vasitə ilə təmizləmək sürücüləri daha çox xərcə sala bilər.

Bəzi sürücülər yağdəyişmədən sonra mühərrikin içərisini dizellə təmizlədirlər. Sürücülərin fikrincə, bu üsul mühərrikin ömrünü daha da uzadır.

Ustalar isə bunun avtomobil üçün daha ziyanlı olduğunu və sürücünü ikiqat xərcə sala biləcəyini deyirlər.

Avtomobil ustası Dəniz Ağabəylinin sözlərinə görə, mühərriki təmizləmək üçün xüsusi məhlullar var. Onlar ancaq istehsal ili yeni olan avtomobillərdə istifadəsi məsləhət görülür. Adi qaydada isə sürücü özü belə avtomobilə baxaraq mühərrikin təmizlənməsinə ehtiyac olub-olmadığını müyyyən edə bilər.

Ustalar, zərurət olmadıqda yürüş məsafəsi çox və istehsal ili köhnə olan avtomobillərdə mühərrikin hansısa qatqı ilə təmizlənməsini tövsiyə etmir.

Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group