Azərbaycanda avtomobillər bahalaşacaq – QİYMƏTLƏR

14 noyabr 2018
Azərbaycanda avtomobillər bahalaşacaq – QİYMƏTLƏR


Gələn ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq.

Bu Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə əsasən, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.

Məlumat üçün deyək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsum tutulur.

Belə ki, avtomobilin gömrükdəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) 36% ƏDV hesablanır. Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən aılı olaraq gömrük üsumu tətbiq edilir

Nəhayət, avtomobilin mühərrik həcmindən asıl olaraq ona aksiz vergsi hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən gətirilən avtomobillər üçün göükdə ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.

Gələn ildən isə aksizlər daha da artırılacaq. FED.az bildirir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group