Ferrari gizli tədbirdə iki yeni modeli nümayiş etdirib

19 sentyabr 2018
Ferrari gizli tədbirdə iki yeni modeli nümayiş etdirib


Ferrari şirkəti daimi müştəriləri üçün təşkil etdiyi başlı tədbirdə iki yeni modeli təqdim edib. Bunlar Ferrari 812 Superfast modelinin bazasında inşa edilmiş Monza SP1 və Monza SP2 barkettalarıdır.


1950-ci illərin yarış Ferrari avtomobilləri üslubunda hazırlanmış avtomobillərdən cəmi 200 ədəd buraxılacaqdır. Əldə edilmiş şəkillərdən göründüyü kimi, avtomobillər sərnişin oturacağının mövcudluğu (SP2), həmçinin kuzovun və salonun rəngi ilə fərqlənirlər. Hər iki avtomobil alçaq alın şüşəsi, təhlükəsizlik qövslərini gizlərən qabarıq hava sipərləri, yarış oturacaqları və 812 Superfast modelinin idarəetmə orqanları ilə təchiz edilibdir.

Barkettaların güc aqreqatları barədə heç bir məlumat yoxdur. Böyük ehtimalla, hər iki avtomobil bazasında inşa edildikləri 812 Superfast modelinin 6,5-litrlik V12 mühərriki ilə təchiz edilibdirlər. İki miftalı yeddi pilləli “robotla” tandemdə çalışan mühərrik 800 at qüvvəsi hasil edir. Ferrari 812 Superfast modeli 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 340 km/saatdır.

Ferrari gizli tədbirdə iki yeni modeli nümayiş etdirib

Ferrari gizli tədbirdə iki yeni modeli nümayiş etdirib

Ferrari gizli tədbirdə iki yeni modeli nümayiş etdirib
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group