Bazarda saxta avtomobil yağları artıb - Mühərrikləri sıradan çıxarır - VİDEO

06 fevral 2018
Bazarda saxta avtomobil yağları artıb - Mühərrikləri sıradan çıxarır - VİDEO


Azərbaycanda saxta avtomobil yağları artıb. Həmin yağlar mühərriklərin tez sıradan çıxmasına səbəb olur.

Yağların üzərində nə adı var, nə də istehsalçı firmaya dair hər hansı bir məlumat. Tərkibinin nədən ibarət olduğu bilinməsə də həmin yağlar avtomobil mühərrikində istifadə edilməsi üçün satılır.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə bu kimi yağları mühhərikə hətta əlavə məqsədi ilə tökülməsi də yol verilməzdir. Bundan başqa, bir çox hallarda yağın normal qablaşdırılsa belə, sonradan onun saxta olduqu müəyyən edilir. Bu isə mühərrikin ömrünü azaldır.

Avtomobil hissələrinina satışı ilə məşğul olan şəxslərdə saxta yağlarla tez-tez qarşılaşdıqlarını bildirir.

Bunu müəyyənləşdirmək isə çox çətin olur. Məsələn, alıcı sertifikat tələb edə bilər, amma bu da əksər satış məntəqələrində olmur. Digər üsul isə ştrix kodlarla yoxlanışdır.

Bundan başqa, istehsal ilindən 5 il keçmiş yağların da istifadə edilməsi tövsiyə olunmur.

Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group