Katalizator və dağılma səbəbi!

03 sentyabr 2017
Katalizator və dağılma səbəbi!


Avtomobillər işləyərkən xaric etdikləri zəhərli qazlar katalitik ceviriciylə ətraf mühitə zərər vermir.

Bu zəhərli qazlar yağın və yanacağın yanmasından əmələ gəlir.
Yanacaq nasosu ile yanacaq çəndın mühərrikə pompalanır və yanma kamerasında hava ilı qarışaraq yanır. Əmələ gələn zəhərli qazlar çıxış klapanından kollektora ondan sonra isə katalizatora gedir.

Katalizator adətən bu maddələrin qarışımından əmələ gəlir: Iridium, platin, qizil,paladium, keramika. Bu maddələr yüksək temperatura dözür və özlərindən digər maddələri keçirtmirlər.
Bu maddələr yanmayan, yada yanma nəticısində əmələ gələn tullantılardır.
Təzyiq artdıqca temperatur da yüksəlməyə başlayır. Qəbul olunmuş temperatura çatdıqdan sonra yanma baş verir və yanmayan maddələr katalizatordan kecərək 90 faizə qədər zərərsizləşir.

Ətraf mühiti qorumaq məqsədi ilə katalizatorlar mərkəzi elektronik sistemə birləşdirilmişdir.
Bəzən avtomobillərdə check engine işarəsinin yanmasına səbəb budur. Katalizatorlar cox dözümlü olmasına baxmayaraq həm də tez sıradan çıxa bilərlır. Buna səbəb yanacaqdakı və istifadə etdiyiniz mühərrik yağındakı kükürd, sink və digər bu sistemə yad elementlərdir.
Katalizatorlar cox bahalı bir hissədir. Əgər onlar sıradan çıxarsa mühərrik və elektronik sistem də zədələnir.Bu vəziyyətə düşməmək üçün məsləhət olaraq deyə bilərik ki , yanma kamerasını təmiz saxlayın və yeni nəsil yağlardan(Low Saps Technology) istifadə edin.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group