Avtomatik sürət qutusunda gecikmələr və səslər!!!

03 sentyabr 2017
Avtomatik sürət qutusunda gecikmələr və səslər!!!


Bir neçə il öncə avtomatik sürət qutusu sadəcə lüks avtomobillərdə istifadə edilirdisə, bu gün hətta ən kiçik büdcə avtomobillərində də təchiz olunur. Müasir avtomat sürət qutularında, yüksək performans göstərsinlər deyə en son elektronik texnikalardan istifadə olunur. Təbii ki , bu avtomatik sürət qutularının xidmət də fərqli olmalıdır. Amma əksər sürücülərimiz bu xidmətləri düzgün və zamanında etmədiklərinə görə hətta yeni alınmış bir avtomobildə qısa zaman sonra sürət qutusu sıradan çıxır. Bu də bərabərində həm vaxtı itirməyə, həm də artıq xərcə gətirib çıxarır.
Adətən ilk nasazlıq avtomat sürət qutusunda səs yada ötürmələrin gecikməsiylə başlayır. Daha ağır hallarda avtomatik karopka (sürət qutusu) tamamilə iş prinsipini dayandırır və avtomobil yerindən tərpənmir.

Bu kimi hallar nədən yaranır və bunların qarşısını necə almaq olar?

Avtomat sürət qutusunun yağını və filtrini hər 50.000 km bir mütləq dəyişdirin. Adətən bizim sürücülər elə bilir ki, yağı gec dəyişsələr də olar. Bunu mühərrikdə etsələr nə olar? Mühərrikdən(ətraflı) səs gələcək sonra isə dağılacaq. Sürücülər sürət qutusunun yağını görmədiklərinə görə ona diqqət etmirlər, amma hamı tez-tez mühərrik yağına baxır. Sürət qutusunun yağını gec ya da keyfiyyətsiz yağ ilə dəyişdiklərinə görə sürət qutusu tez sıradan çıxır

Avtomat sürət qutusunu yağını hər 50.000 km-də mütləq keyfiyyətli yağ ilə dəyişdirin!!!

Avtomatik sürət qutusu mühərrikin dövrü ilə hərəkətə keçir. Yəni siz qaza basarkən avtomobil dövr edir və bu dövr, sürət əmələ gətirir və sonra da ECU sürət qutusunun keçməsini tənzimləyir. Avtomobil bir neçə saniyədə müəyyən sürəti yığa bilir. Sürət qutusunda ötürmənin nə zaman dəyişəcəyini və bunun hansı sürətdə və neçə saniyədə baş verəcəyini istehsalçı əvvəlcədən təyin edir, bunu da
ECU-ya qeyd edir. Mühərrik boğularsa (xalq arasında maşın çəkmir deyilir) ya da hər hansı bir nasazlıq olarsa, ötürmə gecikəcək və siz avtomatik sürət qutusunda zərbə və səs eşidəcəksiniz. Çox sürücü səsi yada gecikməni hiss edən kimi elə bilir ki sürət qutusuna nə isə olub. Amma bu belə deyil. Sürət qutusu adətən bu hallarda sıradan çıxır.

Mühərriki qızdırdıqda. Mühərrikin və sürət qutusunun soyutma sistemi eyni olduğuna görə mühərrik qızdırarkən sürət qutusu da qızdırır. Nəticədə ikisi də zədələnir və sıradan çıxır.

Düzgün istifadə etməyəndə.

Yağı və filtri dəyişməyəndə.

Əgər avtomobilin yürüşü çoxdursa. Adətən ilk təmir 200.000 km dən sonra olur.

Əgər bu halların heç biri olmayıbsa və avtomatik sürət qutusu düzgün işləmirsə deməli nasazlıq sürət qutusunda deyil mühərrikdədi. Ona görə də mühərrikə də düzgün və zamanında xidmət göstərməyi unutmayın!!!
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group