Mator Soyutma Suyunun Donması Halında Saf Antifriz Nə Qədər Düzgün Seçimdir?

05 avqust 2017
Mator Soyutma Suyunun Donması Halında Saf Antifriz Nə Qədər Düzgün Seçimdir?


Saf antifirizin donma nöqtəsi -12 dərəcədir. Su ilə qarışdırıldığı zaman kristalize olmadığı üçün antifiriz faizi sıfırdan 60%-ə çıxana qədər donma nöqtəsi gedərək düşür və bu nöqtədə donma nöütəsi minimum -45 dərəcə olur. Bu nöqtədən sonra antifiriz faizi artdıqca donma nöqtəsi də yüksəlməyə başlayır və saf antifiriz də -12 olur.

Antifiriz su qarışımında olan faiz mator istehsalçıları tərəfindən seçilir. Bunun fərqli səbəbləri vardır.

1) Antifirizin istifadə edilməsindəki tək məqsəd donma problemlərinin önünə keçmək deyildir. Eyni zamanda antifiriz su qarışımı mator bloqunda yarana biləcək korroziyanın qarşısını alır

2) Antifiriz su qarışımının prandtl ölçüsü saf sudan böyükdür. Saf suyun prandtl miqdarı 7 ikən, 50:50 antifiriz qarışımında bu miqdar 9+u keçir. Siz antifiriz su faizini öz istəyinizə görə dəyişsəniz mator bloqundan çəkilən istilik miqdarı dəyişəcək. Soyutma sistemində mator su istiliyinin benzinli matorlarda 90-95, dizel matorlarda 95-100, ağır iş maşınlarında istifadə olunan dizel matorlarda 100-105 dərəcədə saxlanılması tələb olunur. Buradakı tək məqsəd matoru soyutmaq deyil. Mator bloqunda hədsiz çox miqdarda dəyişən su istiliyi termal yorulma yaradar və bloqu çatladar. Bu da bloqun dəyişdirilməsinə səbəb olar ki, bunun da qiyməti ortalama bir maşında işcilik qiyməti daxil 5000 manatı keçər. Sırf bu səbəbdən termostat belə ara-ara işləyir. 80 dərəcədə tamamilə bağlı olan termostat 90 dərəcədə tamamilə açıq vəziyyətə gəlir (benzinli matorlar üçün ortalama belədir, dizel matorlarda daha yüksək olur).

3) Matorda isinən su soyutma radiatoruna çatdırılır. Su burada soyutma sistemi fanı tərəfindən radiatorun üzərindən hava keçirilərək soyudulur. Eyni mator transmissiyası arasında olduğu kimi, mexanik soyutma fanının da bir muftası vardır. Bu mufta matordan alınan su çıxış istiliyinə və mühit istiliyinə bağlı olaraq elektronik bir alqoritma sayəsində fan dövrünü tənzimləyir. Burada kritik nöqtə istilikdir. Elektronik alqoritma sizin dəyişdirdiyiniz antifiriz faizindən əlaqəsizdir, istiliyə görə işləyir. Dəyişən antifiriz faizi üçün fan alqoritması yenilənməzsə, matorun termal tarazı işləmə nöqtəsindən uzaqlaşar və bloqun ömrünü azaltmış olar.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group