Avtomobilin yağını dəyişdirərkən, sadəcə yağı dəyişmək kifayət etmir.

30 iyun 2017
Avtomobilin yağını dəyişdirərkən, sadəcə yağı dəyişmək kifayət etmir.


Avtomobilin yağını dəyişdirərkən, sadəcə yağı dəyişmək kifayət etmir. Çünki mühərrik işlədiyi zaman onun içində müəyyən qalıqlar, qatranlar yığılır və bunlarda ehtiyat hissələrinə üzərinə yapışır və nəticədə hissələrin səthi təmiz olmadığına görə sürtünmə daha da güclənir və yeyinti baş verir. Tez-tez avtomobilimizi yuduzdururuq, salonunu təmizləyirik, eyni şeyi mühərrik üçündə etməliyik və onları təmiz saxlamalıyıq.

Mühərrikin içini təmiz saxlamaqla siz onun ömrünü uzadırsınız bu eyniylə avtomobilimizi yumağa bənzəyir əgər 6 ay avtomobili yumasaq sonradan onun üzərində ləkələr cızıqlar meydana gəlir. Korroziya cızıqlar və rəngin solmasını müşahidə edəcəyik. Mühərrikin içini isə görmürük amma çirkli mühərrikin nəticələrini sadalaya bilərik. Hamımız şahidiyik ki avtomobili təzə alanda o çox rahat gedir mühərrik çox səssiz işləyir. Sürücülərimizlə etdiyimiz fərdi sorğu nəticələrinə görə deyə bilərik ki zaman keçdikcə bütün sürücülər eyni cümləni işlədir ” Bilmirəm niyə, amma maşınım əvvəlki kimi çəkmir ”. Bunun bir neçə səbəbi var. Yanacaq sisteminin çirklənməsi mühərrikin köhnəlməsi periodik baxımdan düzgün keçilməməsi elektronik sistemdə nasazlıqlar və s. və onlardan biridə mühərrikin təmizliyidir çünki işlədikcə mühərrikin içi çirklənir və sürücülər onu təmizləmirlər beləliklə çox qısa zamanda mühərrik öz real gücünü itirir və sizi əlavə xərclərə salır.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group