Avtomobildən hərəkət zamanı gələn uğultu səsinin səbəbləri?

27 may 2018
Avtomobildən hərəkət zamanı gələn uğultu səsinin səbəbləri?


Əgər sizdə sürüş zamanı qaz pedalından və ya avtomobilin sürətindən aslı olaraq belə bir problemlə üzləşmişsinizsə ,sona qədər oxumağınızda fayda var.

Mühərrikdən ,diferansieldən və asqı sistemindən irəli gələn problemlə qarışlaşmışıq.İndi isə ayrı ayrı analiz aparaq və problemin mənbəyini təyin edək.

Mühərrikdən irəli gələn uğultu səs problemi.

İlk əvvəl səsin mühərrikdən gəldiyinə əmin olmalıyıq.Mühərrikə idling rejimdə (~700rpm də) qaz verərkən səs buna uyğun artırsa və əksi olan zaman azalırsa (Test həm P-parking ,həm də N-Netral rejimdə eyni nəticə verməlidir) problem mühərrikdən irəli gəlir deməkdir.Əks halda yalnız D-drive və R-rear sürət qutusu mövqeyində hərəkət zamanı artırsa və azalırsa , P və N də hiss edilmirsə problem mühərrikdən irəli gəlmir deməkdir.

Mühərrikdən nə səbəbə uğultu səsi gələr?

Bəzən istehsal təbiətinə uyğun olaraq bu tipli səsin gəlməsi normaldır.Avtomobilinizi ilk alandan bu səsi eşidirsinizsə bu bir problemə işarədir demək olmaz,lakin sonrada bu səsin meydana çıxması bir problemə işarədir.Motordan uğultu səsi (Fit və ya vuruntu ilə qarışdırılmamalıdır) Pərvanə və kondisoner sistemi problemlərindən, volanlardan ola bilir.Bəzən pərvanənin (Soyutma sistemi və digər) mil yuvalarının genişləməsi, pərvanə qollarında olan deformasiya və sirkulizasiya problemi səbəbiylə olur.Kondisoner radiatorunun toz və palçıqdan çirklənməsi hava toleransına səbəb ola bilir.


Avtomobildən hərəkət zamanı gələn uğultu səsinin səbəbləri?


Diferansieldən gələn uğultu səsi

Sürüş zamanı sürət artan zaman 60-80km/h zamanı səsin artıb azalması diferansiel sistemdə ola biləcək problemi işarət edir.Uğultu səsinin mənbəyi çox zaman rulman və ya yağsız hərəkətli biri-birinə bağlanmış detallardır.Rulmanlar dəyişdiriməli (varsa) , sürtünmüş detallar düzəldilməli ,bağlantı kaulçukları dəyişdirilməli və yağlanmalıdır.

Asqı sistemindən irəli gələn uğultu səsi.

Ən geniş yayılmışı budur.Təkərlərin bağlı olduğu rulmanlar yağsız dönmədən səs verə bilir, rulman dəyişdirilərək problem həll edilə bilir.Hansı təkərin rulmanının səs etdiyinj sürüş sırasında diqqət verərək bilmək olar.Rulman dəyişdirilməsi geckkdiyi zaman yağsız dönmədən rulman əriyib kalibrə yapışa bilirki bu isə heç xoşa gıələn olmaz.

www.avtolast.com
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group