LPG (LP Gas) nədir?Müsbət və mənfi tərəfləri nələrdir?

27 may 2018
LPG (LP Gas) nədir?Müsbət və mənfi tərəfləri nələrdir?


İndiyə qədər çox yazımız benzinli mühərriklər haqqında olmuşdur.

Ölkəmizdə son zamanlar sürətlə artan tələbi ilə bizimdə diqqətimizi çəkən LPG və ya bildiyimiz dildə desək Avtomobillərə Qazın qurlaşdırılması haqqında bizdə bir iki xırda və qısa məlumat vermək isdəyirik.

LP yəni,Mayeləşdirilmiş Neft Qazı deyədə başa düşə bilərsiniz.Xam neftin fraksiyası və ya təbii qazın ayrışdırılması ilə və təziq altında mayeləşdirilməsi ilə alınan rəngsiz,qoxusuz,havadan ağır yanıcı qazdır.Bunu çoxunuz bilərsiniz.LP qazı Benzin və Dizelə nisbətən istehsalı,çıxarılması daha ucuzdur.Bu səbəbdən də,avtomobillərdə də yanacaq olaraq seçim edilə bilir.LPG sistemi ayrıca bir sistemdir.Yəni yalnızca Qaz üçün yanacaq deposunu alıb qurlaşdırmaqla olmur bu işlər.Mühərrikdə bəzi dəyişikliklər edilməlidir.İsdifadəçilər isə bu əməliyyatı mütləq etibarlı və bu sahədə ixdisaslaşmış kəslərə həvalə etməlidirlər.

LPG (LP Gas) nədir?Müsbət və mənfi tərəfləri nələrdir?


Müsbət cəhətlərindən danışsaq hərkəsin ilk ağlına gələn yanacağa qənaət və ümumi az yanacaq sərfiyyatı demək olar.Lakin bu hər zaman belə deyildir.Yüksək mühərrik həcmli avtomobillərdə və ya orta mühərrik həcmli ağır nəqliyyat vasitələrində bunun tam tərsidə ola bilər.

LPG sərfiyyatını normal yanacaq sərfiyyatı ilə (Benzinlə) müqayisə etsək normal yanacağın təxmini 1 litrinin 25% i qədərdir.4 dəfə qənaət deməkdir təxmini.İlk eşitdiyimizdə ağla batandır.Ölkəmizdə isdifadə edilən yanacağı nəzərə alsaq Qaz isdifadəsi mühərrikdə daha az aşınma və daha əlverişli yanmaya səbəb olur.Emmissiya standartlarında ciddi azalma olduğundan ətrafıda çirklətmir.Digər bir tərəfdən LPG li avtomobillərdə qaz əmmə manifoldunda buxarlaşdığından mühərrik yağının demek olarki 2 dəfə daha az yanmasına və seyrəlməsinə səbəb olurki ,bu da mühərrik yağınında ömrünün 2 dəfə uzanması deməkdir.

Mənfi cəhətlərindən danışası olsaq,0 km bir avtomobilə LPG qoşdurmaq isdəsəniz (Bu tam normaldır) mühərrik qarantiyası pozulacaqdır.Bu sizə gələcəkdə mühərrik problemlərdində servisdə sıxıntı verə bilər.Mühərriklə əlaqəli sıxıntılarda ola bilir.Servisə buna görə getdiyiniz zaman böyük ehtimalla ödəniş etsəniz belə əməkdaşlar sizinlə maraqlanmayacaqlar.Qaz təziq altında depolandığı zaman isə depoda təziqin paylanması qeyri mütənasib ola biləcəkki bu da sürüş sıxıntıları çıxara bilər.Yanacaq deposunun böyük olması səbəbiylə əsasəndə C və B seqment avtomobillərdə yer sıxıntısı gətirə bilər.Bundan başqa qanun çərçivəsində bu gün qapalı park yerlərinə LPG li avtomobillər buraxılmır.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group