Qranatda Pılnikin (qarmoşka) əhəmiyyətli rolu

10 may 2018
Qranatda Pılnikin (qarmoşka)  əhəmiyyətli rolu


Qranatda Pılnikin (qarmoşka) necə əhəmiyyətli bir rol oynadığını 2 şəkil arasındakı fərqlə göstərim sizə. 1-ci şəkildəki qranatın içərisində yağ qurtarıb və quruluq müşahidə olunur.

Buna səbəb pılnikin cırılması (deşilməsi), bunun vaxtında aşkar edilməməsi və bu vəziyyətdə avtomobilin uzun müddət sürülməyə davam etməsi olub.

Nəticə etibarilə cırılmış (deşilmiş) hissədən yağ tədricən çölə axmağa başlayır, içəridə quruluq yaranır və buna görə də dəmir dəmiri sürtərək yeyinti əmələ gəlir.

Qranatda Pılnikin (qarmoşka)  əhəmiyyətli rolu


Təbii ki, belə olan halda qranat səs etməyə başlayır. Eyni zamanda həmin cırılmış (deşilmiş) hissədən içəriyə su keçdiyi üçün (moykada avtomobili yuyarkən və ya yağışlı havada) qranat tədricən paslanıb sıradan çıxır.

Pılnik salamat olduğu zaman 2-ci şəkildəki kimi qranatın içərisi yağlı olur, içəriyə heç bir halda su və hava daxil olmur və avtomobil hər sürüləndə pılnik içəridəki yağı tənzimləyərək qranatın bütün hissəsini yağlayır.

Qranatda Pılnikin (qarmoşka)  əhəmiyyətli rolu
Qranatda Pılnikin (qarmoşka)  əhəmiyyətli rolu
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group