Eqzozdan çıxan hansı rəng duman,hansı problemlərdən xəbər verir?

11 aprel 2018
Bu məqaləmizdə texniki bölməmizdə birazdaha dərinliyə girmədən sadə çox insanlarin rastlaşdığı çətinliklərdən danışmaq isdəyirik.Avtomobillərdə yaranabiləcək nasazlıqlar özlərini zahiri cəhətdən müxdəlif yollarla biruzə verə bilir.Mühərrikin işləmə səsi,performans,və s ,lakin bunların arasında ən obyektivi eqzoz çıxışından mühərrikdən çıxan yanmış qazların rəngidir.

Ağ rəngli dumanın çıxması

Eqzozdan çıxan hansı rəng duman,hansı problemlərdən xəbər verir?


Əslində sürücülərin ən çox aldandığı dumandır.Qış aylarında soyuq mühərrikdən çıxan su buxarı
kimi görünən (Soyuq ilə əlaqəli) duman daha ciddi fəsadların xəbərçisi ola bilər.Ağ dumanın çox tünd və daimi çıxması isə avtomobilin mühərrikinin qeyri-sağlam işlədiyinin əlamətidir.Yağışlı havalarda eqzoza dolan suyun buxarlaşması zamanı qısa müddətli belə bir effekt ola bilərsədə mühərrikə dolan az miqdarda su (Nəmlik) da bu effekti verə bilər.Lakin problemin əsası isə çox zaman Silindir bloku qapağının bloka birləşdiyi yerdəki kaulçukun yanması (və ya zərər görməsi) səbəbdən olur.Bu zaman Soyuducu sistem suyunun silindirlərə qarışması və bu zaman

silindirlərdəki suyun buxarlanaraq eqzozdan çıxması kimi müşahidə olunur.Bundan başqa Silindir blokunda (Alt və ya üst qapaqda) su soyuducu sistem kanallarının paslanması və ya çürüməsi ilədə kanalın həndəsi quruluşunu itirməsi ilə suyun yenə silindirlərə gəlməsi səbəbilə ola bilir.Soyuducu sistem suyunun (Radiyator) tez tez azalmasıda buna əlamətdir. Bu problemin ən əsas səbəbi.Antifriz dəyişiminin düzgün aparılmaması və ya aparılmamasıdır.Beləki texniki baxış zamanı antifrizin su ilə qarışdırılanaraq əlavə edilməsi, suyun azalması zamanı yalnız su əlavə edilməsi bu problemin yaranmasında əsas səbəblərdir. Mühərrikin düzgün yağdan isdifadə edilməməsi və ya yağ dəyişiminin gecikməsi eyni zamanda mühərrikin çox yüksək dövrlərdə işləməsidə məhz bloklar arası kaulçukun yanmasına səsbəb ola bilir.(Kaulçuk yanmasına Soyuducu sistem suyunun azalması su nasosunun və ya yağ nasosunun düzgün işləməməsi eyni zamanda yağ filtrinin tutulmasıda səbəb ola bilər.)

Boz rəngli dumanın çıxması

Ağ dumandan fərqli olaraq bu problem zamanı boz rəngli duman bir yox bir neçə problemin xəbərçisi ola bilər.Ən başda Turbonun yağ yandırması durur.Turbo yağ kanallarının aşınması ,turbo mili yuvalarının aşınması yağ itgisinə və bu yağların yanmasına səbəb ola bilər.Turbo sistem mühərrik yağı ilə qidalandığı üçün boz rəngli dumanla qarşılaşanlar avtomobilin mühərrik yağına tez tez baxmaları mütləqdir.

Avtomatik sürət qutusuna sahib avtomobillərdə vakum modulunun problemli olması ilə sürət qutusunun yağının mühərrikə qaçması və orada yanmasıda bu problemlər arasındadır.Sürət qutusunda titrəməli keçidlər hiss edilirsə və bununla bərabər mexaniki səslər eşidilirsə problem böyük ehtimalla buradandır

Digər bir tərəfdən PCV (Karter havalandırıcı- Ətraflı məlumat üçün www,avtolast.ml blogumuza daxil olun) sistemin düzgün işləməməsi ilə karterdə yağ itgisinə ə bu yağın yanmasına səbəb ola bilər.Sistem karterdə yağ köpüklənməsi ,yağın keyfiyyətini itirməsi kimi problemləri aradan qaldırmaq üçün fəaliyyət gösdərir və eyni zamanda emmissiya standartlarının qorunması üçündür.Sistemin təmiri çox zaman effektiv olmur və dəyişilir.


Mavi rənqli dumanın çıxması

Diaqnostikası ən asan aparıla bilən problemdir.Eqzozdan mavi rəngli dumanın çıxması qısa və birbaşa deyilə bilərki mühərrikin yağ yandırmasına əlamətdir.

Silindir qapaqlarının (Klapanların) yağın mühərrikin yanma yerinə keçməsinin qarşısını alan kaulçukların sıradan çıxması və silindir blokundaki yağ kanallarının aşınması ilə yağın yanma otaqlarına keçməsi ilə yağın yanması səbəbiylə əmələ gəlir.Ciddi və tez zamanda yağ əksilməsinə səbəb ola bilir.Vaxdında müdaxilə olunmazsa yeni mühərrikin dəyişilməsi və ya mühərrik blokunun yenilənməsi kimi ciddi maliyyə xərci tələb edən problemlərə səbəb ola bilər.

Qara rənqli dumanın çıxması

Əslində çox insanımızın bildiyi bir şeydir.Qara rəngli duman avtomobilin çiy yanacaq atması,yanacağın natamam yanması ilə CO -nun miqdarının çox olması ilə əlaqəlidir.Əslində bu problem silindirlərdə ``Çox qarışıq`` (Bol qarışıq) deyilən yanacaq miqdarının hava miqdarına nisbətən üsdünlük təşkil etməsi ilə olur.Bu zaman yanacaq nasosunun təziqinin çox olması və ya hava kanallarında tutulma,MAF sensorun düzgün işləməməsi,hava kəpənəyi tutulması,Elektrik sistemində Aklümüyatorun,Dinamonun,Bobinlərin ,İnjektor sistemin və ya alışdırıcı şamların düzgün işləməməsi və ya sıradan çıxması ilə olur.

Eqzozdan çıxan hansı rəng duman,hansı problemlərdən xəbər verir?
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group