C klass (w202) vəE klass (w210) Mercedes-Benz markalı avtomobillərin problemləri və zəif nöqtələri

03 aprel 2018
C klass (w202) vəE klass (w210) Mercedes-Benz markalı avtomobillərin problemləri və zəif nöqtələri


Sizlərə Azərbaycanda “Çeşka” və “Yeşka” kimi tanınan C klass və E klass avtomobillərinin problemləri və zəif nöqtələri barədə danışmaq istəyirəm.

Nəzərə alsaq ki bu avtomobillər ölkəmizdə çox yayılıb, mövzu hamımız üçün maraqlı ola bilər.
Sizə, bu avtomobillərin sahibi və problemlərlə üzləşmiş bir şəxs olaraq da bu avtomobillər barəsində məsləhətlər verəcəm.
Əvvəlcə onu qeyd edim ki, Mercedes-Benz heç vaxt sadə avtomobil olmamışdır. Lakin zaman keçdikcə, bu avomobillərə vaxt öz təsirini göstərir.

Mühərrik
C klass (w202) vəE klass (w210) Mercedes-Benz markalı avtomobillərin problemləri və zəif nöqtələri


Bu modellərin mühərriklərinin əksəriyyəti dörd və altı silindirli olaraq istehsal ediliblər.
Belə mühərriklərin (əsasən də M104) ən başlıca problemi silindirlər blokunun başlığının əyilməsi və ya burulmasıdır. Təəssüf ki, bu problem konstruktiv xarakter daşıyır və tempratur dəyişikliklərində, bu problemdən qaçmaq çox çətindir. Bəziləri isə, mühərrikin ön hissəsində yağ axıntısı gördükdə, sadəcə həmin hissədə yerləşən rezin qatı (salnik) dəyişirlər. Bu hissənin deformasiyası adətən 100000 km gedişdən sonra baş verir. Lakin müntəzəm olaraq baxış keçirilməyən avtomobillərdə, bu hissə heç 100000 km-ə qədər də dözmür.
C klass (w202) vəE klass (w210) Mercedes-Benz markalı avtomobillərin problemləri və zəif nöqtələri

Bunun səbəbi isə isinmə, radiatorun çirkli olması kimi amillərdir. Belə hallarda, radiatorun xaricdən yuyulması köməklik eləmir.
Bunların əksinə, M111 tipli dörd silindirli mühərriklər, qızmaya daha davamlıdır lakin onların da problemləri var. Bəzi hallarda, buraxılış kollektorunda çatlar olur və diaqnostika zamanı bunu müəyyən etmək mümkün deyil. Çünki, kollektorun ağzı metal ekran vasitəsilə bağlıdır. Yeni kollektorlar daha davamlı metaldan hazırlandığı üçün, yalnız kollektorun dəyişilməsi problemi həll edir. Bu problemin ən az rast gəlindiyi mühərriklər isə 2.0 və 2.3 kompressor mühərrikləridir.
Avtomobillərin su nasosları bütün Mercedes modellərində antifrizlərin keyfiyətinə və daəyişilmə vaxtına qarşı həssasdırlar. Su nasosu adətən 100-150000 km aası müddətdə sıradan çıxır.
Təcrübələrin göstərdiyi başqa bir cəhət isə, zaəif keyfiyyətli benzindən, ilk zərər görən hissə şamlardır.
Mühərriklərə, düzgün yağların da tökülməsi əhəmiyyətli amildir.

Sürətlər qutusu

C klass (w202) vəE klass (w210) Mercedes-Benz markalı avtomobillərin problemləri və zəif nöqtələri


Qeyd olunan modellərin sürətlər qutusu, ən stabil və uzun ömürlü qutulardan sayılır. Mexaniki sürətlər qutusu 90000 km-dən, avtomatik sürətlər qutusu isə 60000 km-dən bir yağ dəyişməni tələb edir.
Avtomatik sürətlər qutusu üçün əsasən, iki tipli defekt xarakterikdir. İlk defekt, mühərrikin dövriyyələrinin hesablana bilməməsi ilə bağlıdır. Bu halda, sürətlər qutusu, avtomobili qəza rejiminə salır. Bu halda, çıxış variantı, sürətlər qutusunun platasının dəyişdirilməsidir.
İkinci defekt isə, elektik bölümündən yağ axıtmasıdır. Bu halda isə sıxıcı rezini dəyişməklə, bu problemi həll etmək mümkündür.

Asqı

Ümumilikdə Mercedes-in asqısı çox dözümlüdür. Susdurucu bloklar və tormoz diskəri 80000 km gedişdən bir dəyişməyə məruz qalır. Lakin, E klass-ın asqısı nisbətən kövrəkdir, və hər 30000 km-dən bir baxış keçirtmək labüddür.
W202 kuzov Mercedesin zəif hissələrindən biri də sükan lüftüdür. Sükan dartqısı orta hesabla 40-60000 km-dən sonra sıradan çıxır. Bu hissə bütöv dəst şəklində dəyişdirilir.

Elektrik

Akkumlyator avtomobilin arxa hissəsində yerləşdiyindən, arxadan zərbələr zamanı, nisbətən təhlükəlidir.
Arxa faraların plataları da, zəif hissələrdəndir. Bəzi hallarda lampaların yanmasını müşahidə edə bilərik.
E klassda səs siqnalı müəyyən müddətdən sonra zəifləməyə başlayır. Duman işıqları isə ümumiyyətlə sönür. Bu faralar komplekt olaraq dəyişdirilməlidir.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group