Avtomat sürət qutusunda yağ dəyişmə problemləri: Bublikdən yağ çıxmır?

29 mart 2018
Avtomat sürət qutusunda yağ dəyişmə problemləri: Bublikdən yağ çıxmır?


Hörmətli sürücülərimiz və bizi izləyən avtomobil həvəskarları,

Avtomat sürət qutusunun yağ dəyişməsində əmələ gələn bir problem haqqında sizə məlumat vermək istəyirik.

Adətən yağı dəyişərkən Bublik deyilən hissədə yağ qalır(hardasa 3 litr) . Bu yağ süzülmür və təzə yağ töküləndə bu köhnə yağla qarışır və artıq təzə yağın da bir mənası qalmır. Buna çox usta buna ya fikir vermir, ya da özü də bilmir. Bəziləri isə deyir ki bunun üçün gərək karobka sökülsün.

Avtomat sürət qutusunda yağ dəyişmə problemləri: Bublikdən yağ çıxmır?


Adətən bu sürücülərə də qəribə gəlir. Sürücülər bizə sual verirlər ki , mənim sürət qutuma 6 litr yağ getməli idi, amma usta sadəcə 3,5 litr əlavə etdi. Bundan sonra usta tərəfindən onlara deyilir ki :"Qardaş narahat olma, onsuzda bublikdəki yağı heç kəs dəyişmir.Elə belə sür getsin"
Əslində isə bu düzgün bir yağ dəyişmə deyil.

Bu məsələyə diqqət yetirməyinizi xahiş edirik. Əks halda sürət qutusu yağının dəyişməsinin bir mənası qalmır. Həm sürət qutusu zədələnir həm də yağa verilən pul hədər gedir.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group